Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
O, UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində oktyabrın 23-də keçiriləcək FCSB (Rumıniya) - “Bolonya” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq. Qarşılaşma Buxarestdə yerləşən Milli Arenada baş tutacaq.