Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində ikinci oyununa çıxıb. Komanda Danimarkanın “Kopenhagen” kollektivini qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ”ın heyətində qolları 28-ci dəqiqədə Abdullah Zubir və 83-cü dəqiqədə Emmanuel Addai vurublar.
Beləliklə, “Qarabağ” qitənin ən nüfuzlu klub turnirində tarix yazmaqda davam edir. Birinci matçında Portuqaliyada “Benfika”nı 3:2 hesabı ilə məğlub edən təmsilçimiz ilk iki turda 6 xal toplayıb və turnir cədvəlinin liderlər qrupunda qərarlaşıb.