Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə AFFA-nın baş katibinin müşaviri Frank De Bleker UEFA-dan təyinat alıb.
O, Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” (İspaniya) – “Nyukasl” (İngiltərə) oyununun hakim-inspektoru olacaq. Bu gün Barselonanın “Nou Kamp” stadionunda təşkil olunacaq qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, bu təyinat xüsusi əhəmiyyət daşıyır. Çünki Frank De Bleker 2002-ci ildə Çempionlar Liqasında məhz bu komandaların iştirakı ilə keçirilən qrup matçında baş hakim kimi fəaliyyət göstərib.
İllər sonra eyni qarşılaşmada artıq hakim-inspektor kimi yer alması onun zəngin karyerasının və beynəlxalq futbol ictimaiyyətində qazandığı yüksək etimadın bariz nümunəsidir.