az en
News / Fritz Stuchlik

Fritz Stuchlik

AFFA Dərc olundu: 14.09.2018 Çap
Bu gün İcraiyyə Komitəsinin iclasında Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri vəzifəsinə təyin olunmuş Fritz Stuchlik barədə qısa məlumatı diqqətinizə çatdırırıq:
 
Fritz Stuchlik
Adı: Fritz
Soyadı: Stuchlik
Təvəllüdü: 11 fevral 1966-cı il
Anadan olduğu yer: Vyana (Avstriya)
Hakimlik karyerasına 1982-ci ildə başlayıb.
1992-ci ilin iyulundan 2009-cu ilin dekabrına qədər Avstriya Bundesliqasının hakimi olub.
1994-cü il yanvarın 1-dən 2009-cu il dekabrın 31-dək FIFA referisi olaraq fəaliyyət göstərib.
Avstriya çempionatının yüksək divizionunda 267, beynəlxalq arenada isə 89 oyun idarə edib.
Vyana Futbol Federasiyasında gənc hakimlərin təlim-tədrisi ilə məşğul olub.
2010-cu ildən FIFA/UEFA hakim-inspektorudur.
UEFA Konvensiya meneceri, FIFA/UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısıdır.
O, həmçinin, Avstriya Futbol Federasiyasında katib vəzifəsində çalışıb.
Bu ilin mart ayında qarşılıqlı razılıq əsasında federasiyadakı vəzifəsindən ayrılıb.
 
Baş Sponsor 
Partnyorlar