Azərbaycan milli komandasının Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da, Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da Azərbaycan – Ukrayna milli komandaları arasında keçiriləcək oyun üçün akkreditasiya almaq istəyən KİV nümayəndələri avqustun 24-dək qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçmək üçün tələb olunanlar:
1. Qeydiyyatdan keçənin adı, soyadı, atasının adı;
2. Şəxsiyyət vəsiqəsinin surəti (skan olunmuş);
3. Təmsil etdiyi mətbu orqanın vəsiqəsinin surəti;
4. Vəzifəsi;
5. 3x4 ölçüdə, elektron formatda rəsmi sənəd üçün şəkil.
Yuxarıda qeyd olunanlar 24 avqust saat 18:00-a qədər
[email protected] ünvanına göndərilməlidir.
Müraciət edənlər qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən və
[email protected] ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.