az en
News / “Araz-Naxçıvan”dan növbəti qələbə

“Araz-Naxçıvan”dan növbəti qələbə

Futzal Dərc olundu: 28.08.2025 Çap
Azərbaycanın futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” bu gün ilkin mərhələdə ikinci oyununa çıxıb. F qrupunda yer alan ölkə çempionu Şotlandiyanın “PYF Saltires” kollektivi ilə qarşılaşıb.
“Araz-Naxçıvan”dan növbəti qələbə
Avstriyanın Linz şəhərində yerləşən NMS İdman Sarayında keçirilən görüş Azərbaycan çempionunun 7:2 hesablı qələbəsi ilə yekunlaşıb. “Araz-Naxçıvan”ın heyətində qolları Jean Perruzo (5:44, 10:44), Alleks Rezende (11:12, 27:26), Karlos Bertuola (13:19) və Luicci Longo (17:11, 19:23) vurublar.
Qeyd edək ki, “Araz-Naxçıvan” ilk oyununda “Sparta Belfast” üzərində 9:1 hesablı qələbə qazanıb. Komanda qrupda son matçını avqustun 30-da Avstriyanın “Ljuti Krajişniçi” kollektivinə qarşı keçirəcək.
Baş Sponsor