az en
News / Ayxan Süleymanlı Almaniyada əməliyyat olunub

Ayxan Süleymanlı Almaniyada əməliyyat olunub

Milli komandalar, U-21 Dərc olundu: 18.09.2025 Çap
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Ayxan Süleymanlı bu gün Almaniyanın Münhen şəhərində əməliyyat olunub. 21 yaşlı müdafiəçi “Sana Klinik München”də professor, doktor Filipp Niemeyer tərəfindən sol diz ön çarpaz bağından uğurlu əməliyyat keçirib.
Ayxan Süleymanlı Almaniyada əməliyyat olunub
Qeyd edək ki, Ayxan Süleymanlı U-21 millimizin heyətində Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığması ilə Bakıda keçirilən oyunda (1:1) zədələnib.
Baş Sponsor