az en
News / Azərbaycan – Estoniya: Akkreditasiya üçün qeydiyyat

Azərbaycan – Estoniya: Akkreditasiya üçün qeydiyyat

AVRO-2024 Dərc olundu: 09.06.2023 Çap
AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində iyunun 17-də, saat 20:00-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Estoniya oyunu üçün akkreditasiya almaq istəyən KİV nümayəndələri iyunun 9-dək qeydiyyatdan keçməlidirlər.
Azərbaycan – Estoniya: Akkreditasiya üçün qeydiyyat
Qeydiyyatdan keçmək üçün tələb olunanlar:
 
1. Qeydiyyatdan keçənin adı, soyadı, atasının adı;
2. Şəxsiyyət vəsiqəsinin surəti (skan olunmuş);
3. Təmsil etdiyi KİV;
4. Vəzifəsi;
5. 3x4 ölçüdə, elektron formatda rəsmi sənəd üçün şəkil.
 
Yuxarıda qeyd olunanlar 9 iyun saat 18:00-a qədər [email protected] ünvanına göndərilməlidir. Müraciət edənlər qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən və [email protected] ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.
 
Vacib qeydlər:
- Stadionda media üçün yerin az olduğunu nəzərə alaraq, mətbuat nümayəndələrinin stadionun media sektoruna və mətbuat konfransı otağına buraxılması qaydalarına say məhdudiyyəti tətbiq olunacaq.
- Hər KİV-dən yalnız 1 (bir) nəfər qeydiyyatdan keçə bilər.
- Say məhdudiyyəti nəzərə alınaraq, qeydiyyatdan daha erkən keçmiş KİV nümayəndələrinə üstünlük veriləcək.
- Qeydiyyatdan keçənlərin sayı tətbiq olunan limiti keçəcəyi təqdirdə, qeydiyyat iyunun 9-dan daha tez yekunlaşdırıla bilər.
 
Baş Sponsor 
Partnyorlar