21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 14-də saat 19:00-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan (U-21) - Şotlandiya (U-21) oyununa hakim təyinatları açıqlanıb.
Qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək:
14 oktyabr
Azərbaycan (U-21) - Şotlandiya (U-21)
“Dalğa Arena”. Saat 19:00
Baş hakim: Sayat Karabayev
Baş hakimin köməkçiləri: Yuri Tixonyuk, Yevgeni Belski
Dördüncü hakim: Saken Bayimbet
(Hakimlər briqadası Qazaxıstandandır)