az en
News / “Eyni tempdə mübarizə aparmaqda sıxıntı yaşayırıq”

“Eyni tempdə mübarizə aparmaqda sıxıntı yaşayırıq”

U-21 Dərc olundu: 11.10.2025 Çap
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Karvinada Çexiya yığması ilə keçirilən oyundan (0:5) sonra mətbuat konfransında fikirlərini bildirib:
“Eyni tempdə mübarizə aparmaqda sıxıntı yaşayırıq”
“Birinci hissədə rəqibin intensiv hücumlarına dözə bildik, müdafiədə boşluq vermədik və hücumlar qurduq. İlk qolu da fasiləyə az qalmış buraxdıq. Halbuki həmin ana qədər rəqib qeyri-adi nəsə etmirdi. Ancaq ikinci hissədə, xüsusən də, 55-ci dəqiqədən sonra intensivliyə dözə bilmədik. Millidə bir oyuna hazırlaşmaq üçün maksimum 4-5 gün vaxtımız olur. Yenə də problemin fiziki duruma bağlı olduğunu düşünmürəm. Sadəcə, eyni tempdə mübarizə aparmaqda sıxıntı yaşayırıq”.
Qeyd edək ki, U-21 millimiz növbəti matçını oktyabrın 14-də evdə Şotlandiya yığmasına qarşı keçirəcək.
Baş Sponsor