21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.
Millimiz Cəbəllütariqin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Əlincə Arena”da baş tutan görüş Azərbaycan yığmasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 8-ci dəqiqədə Nihad Əhmədzadə, 43-cü və 51-ci dəqiqələrdə isə Ağadadaş Salyanski vurublar.
Qeyd edək ki, bununla da Avropa çempionatının seçmə mərhələsində qrup oyunları başa çatıb. Azərbaycan U-21 millisi 10 xal toplayaraq B qrupunda 5-ci pillədə qərarlaşıb. Bu, komandamızın Avropa çempionatının seçmə mərhələləri tarixində ən çox topladığı xaldır.