az en
News / U-21 millimiz Oman yığmasına qalib gəldi

U-21 millimiz Oman yığmasına qalib gəldi

U-21 Dərc olundu: 14.11.2026 Çap
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Oman U-23 milli komandası ilə ilk yoxlama oyununu keçirib.
“Bank Respublika Arena”da baş tutan qarşılaşma millimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Niyazi Osmanov 50-ci və 59-cu dəqiqələrdə fərqlənərək dubl edib.
Qeyd edək ki, millimiz Oman U-23 milli komandası ilə ikinci yoxlama oyununu noyabrın 17-də saat 17:00-da “Bank Respublika Arena”da keçirəcək.
Oyun “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
U-21 millimiz Oman yığmasına qalib gəldi
Baş Sponsor