21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün saat 17:00-da “Bank Respublika Arena”da Oman U-23 milli komandası ilə birinci yoxlama oyunu keçirəcək.
Qeyd edək ki, millimiz Oman U-23 milli komandası ilə ikinci yoxlama görüşü noyabrın 17-də saat 17:00-da “Bank Respublika Arena”da keçirəcək.
Hər iki oyun “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.