az en
News / U-21 millimiz Oman yığmasına qalib gəldi

U-21 millimiz Oman yığmasına qalib gəldi

U-21 Dərc olundu: 17.11.2026 Çap
U-21 millimiz Oman yığmasına qalib gəldi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Oman U-23 milli komandası ilə ikinci yoxlama oyununu keçirib.
“Bank Respublika Arena”da baş tutan qarşılaşma millimizin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Elgün Dünyamalıyev 28-ci, Əli Xəlilov 42-ci, İlkin Cəfərli 64-cü, Niyazi Osmanov isə 78-ci dəqiqələrdə fərqləniblər.
 
Qeyd edək ki, komandalar arasında bundan əvvəl keçirilən görüş də millimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Baş Sponsor