az en
News / Rəşad Eyyubov: “Tariximizin ən yaxşı nəticəsini əldə etdik”

Rəşad Eyyubov: “Tariximizin ən yaxşı nəticəsini əldə etdik”

U-21 Dərc olundu: 06.10.2026 Çap
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsində Cəbəllütariq yığması üzərində qazanılan qələbədən (3:0) sonra fikirlərini bildirib:
Rəşad Eyyubov: “Tariximizin ən yaxşı nəticəsini əldə etdik”
“İlk növbədə bütün oyunçulara təşəkkürümü bildirmək istəyirəm. Çətin bir tsikl keçirdik. Sonda tariximizin ən yaxşı nəticəsini əldə etdik. Bu günkü reallıqda bu, yaxşı nəticədir. Qrupdakı komandalara qarşı yaxşı nəticələr əldə etdik. Şotlandiya ilə səfər matçının nəticəsinə görə üzülürük. Düşünürəm ki, hesab bu cür olmamalı idi”.
Baş Sponsor