16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələdə təşkil olunan III MDB Oyunlarında bu gün ikinci oyununa çıxacaq.
A qrupunda yer alan U-16 Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 12:00-da başlanacaq və “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, millimiz qrupdakı ilk oyununda Tacikistan yığmasını 1:0 hesabı ilə məğlub edib.