21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxacaq. B qrupunda yer alan millimiz Bakıda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“Dalğa Arena”da keçiriləcək görüş saat 18:00-da başlanacaq. Albaniyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
9 sentyabr
Azərbaycan (U-21) - Bolqarıstan (U-21)
Dalğa Arena. Saat 18:00
Baş hakim: Florian Lata
Baş hakimin köməkçiləri: Erind Burqu, Reydi Zaimi
Dördüncü hakim: Kreşnik Çyapi
(Hakimlər briqadası Albaniyadandır)