21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxıb.
B qrupunda yer alan millimiz Bakıda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Dalğa Arena”da keçirilən görüş 1:1 hesablı heç-heçə başa çatıb. U-21-in heyətində qolu 41-ci dəqiqədə Emin Rüstəmov vurub.
Azərbaycan (U-21) – Bolqarıstan (U-21) – 1:1
Qollar: Emin Rüstəmov, 41 - Nikola İliyev, 44
Azərbaycan: 1. Səlim Həşimov, 5. Emin Rüstəmov, 15. Raul Məmmədov, 20. Ayxan Süleymanlı (k) (4. İbrahim Ramazanov, 46), 3. Rüfət Abbasov, 17. Nihad Əhmədzadə, 8. Emil Süleymanov (18. Oruc Məmmədov, 75), 23. Şahin Şahniyarov (13. Hikmət Cəbrayılzadə, 86), 11. Xəyal Əliyev, 14. Nahid Əliyev (7. Murad Məmmədov, 65), 9. Ağadadaş Salyanski
Ehtiyat oyunçular: 12. Rəvan Mirzəmmədov, 2. Eşqin Əhmədov, 10. Edqar Adilxanov, 19. Sadiq Şəfiyev, 21. Sənan Muradlı
Məşqçi: Elnur Çodarov
Bolqarıstan: 23. Aleks Bojev, 6. Martin Georgiyev, 14. Teodor İvanov, 5. Mixail Polendakov, 15. Dimitar Papazov, 16. Çvetoslav Marinov, 22. Asen Mitkov (21. Petko Panayotov, 67), 10. Nikola İliyev (k), 13. Georgi Lazarov (7. Roberto Rayçev, 66), 18. Kristiyan Balov (19. Nikolay Zlatev, 79), 11. Borislav Rupanov (9. Boris Dimitrov, 79)
Ehtiyat oyunçular: 1. Plamen Andreyev, 2. Zaxari Atanasov, 3. Viktorio Valkov, 4. Kubrat Yonaşçı, 8. Antoan Stoyanov
Baş məşqçi: Aleksandr Dimitrov
Qeyd edək ki, U-21 qrupda növbəti matçını oktyabrın 10-da səfərdə Çexiya yığmasına qarşı keçirəcək.