az en
News / Bu gün saat 20:00: “Fomget” - “Neftçi”

Bu gün saat 20:00: “Fomget” - “Neftçi”

Çempionlar Liqası Dərc olundu: 30.07.2025 Çap
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi qadınlardan ibarət “Neftçi” komandası bu gün 2025/2026-cı illər mövsümündə ilk oyununa çıxacaq. Komanda I təsnifat mərhələsinin yarımfinalında Türkiyənin “Fomget” klubu ilə qarşılaşacaq.
Bu gün saat 20:00: “Fomget” - “Neftçi”
Albaniyanın paytaxtı Tiranada təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Matçı isveçli baş hakim idarə edəcək.
Qeyd edək ki, cütün qalibi finalda İsrailin Kiryat klubu ilə qarşılaşacaq.
 
30 iyul
 
“Fomget” (Türkiyə) – “Neftçi” (Azərbaycan)
House of Football Natural Pitch. Saat 20:00
Baş hakim: Hanna Laajanen (İsveç)
Baş hakimin köməkçiləri: Jilan Taher (İsveç), Margot Jacobs (Belçika)
Dördüncü hakim: Jana Van Laere (İsveç)
Baş Sponsor