Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxacaq. Komanda İrlandiyanın “Şelburn” kollektivini qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq. İtaliyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, komandalar arasında İrlandiyada baş tutan ilk matçda “Qarabağ” 3:0 hesablı qələbə qazanıb.
30 iyul
“Qarabağ” (Azərbaycan) - “Şelburn” (İrlandiya)
Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:00
Baş hakim: Andrea Kolombo
Baş hakimin köməkçiləri: Stefano Alassio, Dario Keççoni
Dördüncü hakim: Kevin Bonasina
VAR: Daniele Doveri
AVAR: Daniele Paterna
(Hakimlər briqadası İtaliyadandır)