az en
News / Bu gün saat 20:00: “Qarabağ” - “Şkendiya”

Bu gün saat 20:00: “Qarabağ” - “Şkendiya”

Çempionlar Liqası Dərc olundu: 12.08.2025 Çap
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində cavab oyununa çıxacaq. Komanda Şimali Makedoniyanın “Şkendiya” kollektivini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq. Niderlanddan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Bu gün saat 20:00: “Qarabağ” - “Şkendiya”
12 avqust
 
“Qarabağ” (Azərbaycan) - “Şkendiya” (Şimali Makedoniya)
Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:00
 
Baş hakim: Danni Makkelie
Baş hakimin köməkçiləri: Hessel Steeqstra, Yan de Vries
Dördüncühakim: Mark Naqteqaal
VAR: Dennis Hiqler
AVAR: Riçard Martens
(Hakimlər briqadası Niderlanddandır)
Baş Sponsor