az en
News / Bu gün saat 20:45: “Atletik” - “Qarabağ”

Bu gün saat 20:45: “Atletik” - “Qarabağ”

UEFA Dərc olundu: 22.10.2025 Çap
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində üçüncü oyununa çıxacaq. Komanda İspaniyanın “Atletik” kollektivinin qonağı olacaq. Bilbaodakı “San Mames” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:45-də başlanacaq. Xorvatiyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “İctimai TV” vasitəsilə canlı yayımlanacaq.
Bu gün saat 20:45: “Atletik” - “Qarabağ”
22 oktyabr
 
“Atletik” (İspaniya) - “Qarabağ” (Azərbaycan)
“San Mames” stadionu. Saat 20:45
Baş hakim: İqor Payaç
Baş hakimin köməkçiləri: Boyan Zobeniça, İvan Mixali
Dördüncü hakim: Zdenko Lovriç
VAR: İvan Bebek
(Hamısı Xorvatiya)
AVAR: Fedayi San (İsveçrə)
Baş Sponsor