az en
News / “Qarabağ” İspaniyada “Atletik”lə qarşılaşıb

“Qarabağ” İspaniyada “Atletik”lə qarşılaşıb

UEFA Dərc olundu: 22.10.2025 Çap
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində üçüncü oyununa çıxıb.
“Qarabağ” İspaniyada “Atletik”lə qarşılaşıb
Komanda İspaniyanın “Atletik” kollektivinin qonağı olub. Bilbaodakı “San Mames” stadionunda keçirilən görüşdə hesabı Azərbaycan çempionu açıb. 1-ci dəqiqədə Leandro Andrade fərqlənib. Buna baxmayaraq, meydan sahibləri üç qol vuraraq 3:1 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında növbəti oyununu noyabrın 5-də evdə İngiltərənin “Çelsi” klubuna qarşı keçirəcək.
Baş Sponsor