az en
News / Bu gün saat 21:00: “Fehervar” - “Sumqayıt”

Bu gün saat 21:00: “Fehervar” - “Sumqayıt”

Konfrans Liqası Dərc olundu: 31.07.2024 Çap
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Sumqayıt” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxacaq. Komanda Sekeşfexervarda Macarıstanın “Fehervar” kollektivinin qonağı olacaq.
Bu gün saat 21:00: “Fehervar” - “Sumqayıt”
“MOL Arena Şoşto”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İsveçdən olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “İdman TV” kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, komandalar arasında Sumqayıtda keçirilən ilk matçda “Fehervar” 2:1 hesablı qələbə qazanıb.
 
31 iyul
 
“Fehervar” – “Sumqayıt”
MOL Arena Şoşto. Saat 21:00
Baş hakim: Kristoffer Karlsson
Baş hakimin köməkçiləri: Mikael Hallin, Markus Lundqren Klitte
Dördüncü hakim: Oscar Yonson
(Hakimlər briqadası İsveçdəndir)
Baş Sponsor