Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” III təsnifat mərhələsində cavab oyununa çıxıb.
Komanda Kiprin “Omoniya” klubunun qonağı olub. Nikosiyadakı GSP stadionunda keçirilən görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. İki oyunun nəticəsinə əsasən, təmsilçimiz turnirdə mübarizəni dayandırıb.