Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoxlama oyununa çıxacaq.
U-19 İslandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. “Preddvor” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.