Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində dördüncü oyununa çıxacaq.
Komanda İngiltərənin “Çelsi” kollektivini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq. Avstriyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
5 noyabr
“Qarabağ” (Azərbaycan) – “Çelsi” (İngiltərə)
Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 21:45
Baş hakim: Sebastian Gişamer
Baş hakimin köməkçiləri: Santino Skreiner, Roland Riedel
Dördüncü hakim: Valter Altmann
VAR: Manuel Şuttenqruber
AVAR: Jozef Sparni
(Hakimlər briqadası Avstriyadandır)