az en
News / Bu gün saat 22:00: “Şkendiya” – “Qarabağ”

Bu gün saat 22:00: “Şkendiya” – “Qarabağ”

Çempionlar Liqası Dərc olundu: 05.08.2025 Çap
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində ilk oyununa çıxacaq. Komanda Şimali Makedoniyanın “Şkendiya” kollektivinin qonağı olacaq.
Bu gün saat 22:00: “Şkendiya” – “Qarabağ”
Skopyedə yerləşən “Todor Proeski” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Slovakiyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
 
5 avqust
 
“Şkendiya” (Şimali Makedoniya) – “Qarabağ” (Azərbaycan)
“Todor Proeski” stadionu. Saat 22:00
Baş hakim: İvan Kruzlyak
Baş hakimin köməkçiləri: Branislav Hançko, Yan Pozor
Dördüncü hakim: Peter Kraloviç
VAR: Mixal Oçenyaş
AVAR: Boris Marhefka
(Hakimlər briqadası Slovakiyadandır)
Baş Sponsor