az en
News / “Qarabağ”ın potensial rəqibləri müəyyənləşib

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşib

Çempionlar Liqası Dərc olundu: 04.08.2025 Çap
İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının və Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb. Püşkatma zamanı “Qarabağ”ın hər iki turnirdəki potensial rəqibləri müəyyənləşib.
“Qarabağ”ın potensial rəqibləri müəyyənləşib
Çempionlar Liqasının III təsnifat mərhələsində çıxış edəcək Azərbaycan təmsilçisi Şimali Makedoniya komandası “Şkendiya”nı üstələyərsə, bu turnirin növbəti raundunda “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq. “Qarabağ” – “Şkendiya” duelinin qalibi ilk görüşünü səfərdə keçirəcək.
“Qarabağ” “Şkendiya”ya məğlub olarsa, Avropa Liqasının pley-off mərhələsində mübarizəni davam etdirəcək və rəqibi Çempionlar Liqasının III təsnifat mərhələsinin “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün məğlubu olacaq. “Qarabağ” – “Şkendiya” cütünün məğlubu ilk matçını evdə keçirəcək.
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin oyunları avqustun 19-20-də və 26-27-də, Avropa Liqasında isə bu raundun matçları avqustun 21-də və 28-də keçiriləcək.
Baş Sponsor