Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” III təsnifat mərhələsində ilk oyununa çıxıb.
Komanda Şimali Makedoniyanın “Şkendiya” kollektivinin qonağı olub. Skopyedə yerləşən “Todor Proeski” stadionunda keçirilən görüş Azərbaycan çempionunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ”ın heyətində qolu 18-ci dəqiqədə penaltidən Toral Bayramov vurub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 12-də Bakıda keçiriləcək.