Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxacaq. D qrupunda yer alan komandamız Polşanın Krakov şəhərində Ukrayna yığmasının qonağı olacaq.
“Krakoviya” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Avstriyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
13 oktyabr
Ukrayna - Azərbaycan
“Krakoviya” stadionu. Saat 22:45
Baş hakim: Sebastian Gişamer
Baş hakimin köməkçiləri: Roland Riedel, Santino Şreiner
Dördüncü hakim: Valter Altmann
VAR: Manuel Şuettenqruber
AVAR: Kristian-Petru Çiokirça
(Hakimlər briqadası Avstriyadandır)