az en
News / “C” kateqoriyalı məşqçi kursu keçiriləcək

“C” kateqoriyalı məşqçi kursu keçiriləcək

Məşqçi kursları Dərc olundu: 08.04.2025 Çap
Aprelin 29-dan etibarən Bakıda AFFA tərəfindən “C” kateqoriyalı məşqçi kursu keçiriləcək. Kurs AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil olunacaq.
“C” kateqoriyalı məşqçi kursu keçiriləcək
Kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
 
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış (Kursa gələndə gətirmək lazım olacaq)
4. 2 ədəd şəkil (3x4)
5. Tərcümeyi-hal
 
Kursda iştirak üçün ödənişin məbləği 500 manatdır. Ödəniş nağd və ya köçürmə yolu ilə aparıla bilər.
Əlaqələndirici şəxs: Anar Şıxəliyev
Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 1268
Sənədlər aprelin 21-dək qəbul olunacaq.
 
Qeyd edək ki, “C” kateqoriyalı məşqçi kursunun 1-ci mərhələsi aperlin 29-dan mayın 2-dək, 2-ci mərhələsi mayın 20-dən 23-dək, 3-cü mərhələsi iyunun 3-dən 6-dək, 4-cü mərhələsi isə iyunun 23-dən 30-dək keçiriləcək.
Baş Sponsor