AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.
O, UEFA Avropa Liqasının I turu çərçivəsində keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Union Sent-Gilloise” (Belçika) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq. Qarşılaşma sentyabrın 26-da İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.