21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçisi Elnur Çodarov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Bakıda Bolqarıstan yığması ilə keçirilən oyundan (1:1) sonra fikirlərini bildirib:
“Oyunu yüksək qiymətləndirirəm. Matça yaxşı hazırlaşmışdıq, məşqlərdə verilən tapşırıqları futbolçular maksimum şəkildə yerinə yetirməyə çalışdılar. Oyunçularımız sona qədər döyüşdülər. Düzdür, meydana qələbə qazanmaq üçün çıxmışdıq. Ancaq qazanılan 1 xalı da yaxşı nəticə hesab edirik”.
Qeyd edək ki, U-21 millimiz növbəti matçını oktyabrın 10-da səfərdə Çexiya yığmasına qarşı keçirəcək.