21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasını Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığması ilə oyuna köməkçi məşqçi Elnur Çodarov çıxaracaq. Sentyabrın 9-da “Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 18:00-da başlanacaq.