Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində ikinci oyununa çıxıb. D qrupunda yer alan komandamız Bakıda Ukrayna yığmasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə yekunlaşıb. Millimizin heyətində qolu 72-ci dəqiqədə penaltidən Emin Mahmudov vurub.
Azərbaycan – Ukrayna - 1:1
Qollar: Emin Mahmudov, 72 (pen.) - Georgi Sudakov, 51
Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 5. Anton Krivotsyuk, 21. Qismət Alıyev (13. Abbas Hüseynov, 66), 15. Abdula Xaybulayev (6. Səbuhi Abdullazadə, 78), 8. Emin Mahmudov (k), 19. Rüstəm Əhmədzadə (17. Toral Bayramov, 53), 9. Renat Dadaşov (7. Anatoli Nuriyev, 66), 10. Mahir Emreli (22. Musa Qurbanlı, 66)
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 2. Rəhman Daşdəmirov, 11. Ozan Kökcü, 16. Ceyhun Nuriyev, 18. Cəlal Hüseynov, 20. İsmayıl İbrahimli
Baş məşqçi: Ayxan Abbasov
Ukrayna: 12. Anatoli Trubin, 13. İliya Zabarnı, 22. Mikola Matviyenko (k), 17. Aleksandr Zinçenko (15. Boqdan Mixayliçenko, 84), 2. Yuxim Konoplya, 6. İvan Kalyujnı (18. Yeqor Yarmolyuk, 61), 14. Oleq Oçeretko (10. Mikola Şaparenko, 75), 19. Artyom Bondarenko (16. Nazar Voloşin, 75), 8. Georgi Sudakov, 20. Aleksandr Zubkov, 7. Vladislav Vanat (11. Artyom Dovbik, 61)
Ehtiyat oyunçular: 1. Georgi Buşan, 23. Dmitro Rıjnik, 3. Taras Mixavko, 4. Aleksandr Svatok, 5. Valeri Bondar, 21. Aleksandr Nazarenko
Baş məşqçi: Sergey Rebrov
Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti matçını oktyabrın 10-da səfərdə Fransa yığmasına qarşı keçirəcək.