az en
News / U-21-in heyətində dəyişiklik

U-21-in heyətində dəyişiklik

U-21 Dərc olundu: 31.05.2026 Çap
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
U-21-in heyətində dəyişiklik
“Sabah”ın qapıçısı Rəvan Mirzəmmədov zədə səbəbindən düşərgədən ayrılıb. Onun əvəzinə “Neftçi”nin qolkiperi Nurəziz Əzizov heyətə dəvət edilib.
Qeyd edək ki, mayın 28-dən Bakıda bir araya gələn U-21 bu gündən iyunun 10-dək Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq. Millimiz Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı yoldaşlıq oyunu keçirəcək.
Baş Sponsor