DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Ukrayna oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin məşqçisi Rəşad Eyyubov və hücumçusu Mahir Emrelinin səsləndirdiyi fikirləri nəzərinizə çatdırırıq:
Rəşad Eyyubov: “Plana uyğun məşqimizi keçdik. Məqsədimiz qısa müddət ərzində komandanı psixoloji cəhətdən hazırlamaq idi. Futbol kollektiv oyundur. Komanda şəklində çıxış etməliyik. İnanıram ki, uğurlu nəticə əldə etmək üçün komanda olaraq gücümüz və keyfiyyətimiz var”.
Mahir Emreli: “Sabah bizi ağır oyun gözləyir. Rəqib haqqında danışmağa ehtiyac yoxdur. Usta futbolçulardan ibarət heyətləri var. Onlar da bura motivasiyalı gəliblər. İslandiyaya məğlubiyyəti unutdurmaq və uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.