az en
News / Ayxan Abbasov: "Bu gün pozitiv məqam çox oldu"

Ayxan Abbasov: "Bu gün pozitiv məqam çox oldu"

Məşqçilər Dərc olundu: 09.09.2025 Çap
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna yığması ilə oyuna Azərbaycan milli komandasını çıxaran Ayxan Abbasov matçdan (1:1) sonra mətbuat konfransında fikirlərini bildirib:
Ayxan Abbasov: "Bu gün pozitiv məqam çox oldu"
"Hər iki komanda ağır səfər oyunundan gəlmişdi. Heyətdə bəzi dəyişikliklər etmişdik. Futbolçularımıza təşəkkür edirəm. Bir gün zamanımız qalmışdı, məşq etməyə vaxt yox idi. Bir gündə ancaq psixoloji hazırlığa kökləndik. Azarkeşlərə təşəkkürümü bildirirəm. Çətin anda toplaşıb komandaya dəstək oldular. Onların dəstəyi bu nəticədə böyük rol oynadı. Qazanılan 1 xal futbolumuza ruh gətirəcək. Emin Mahmudova görə də çox sevinirəm, nəhayət ki, çoxdandır arzuladığı qolu vurdu. Bu gün pozitiv məqam çox oldu".
O, baş məşqçisi olduğu U-21 millisinin Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan yığması ilə bu gün keçirdiyi oyunu da (1:1) dəyərləndirib: "Bolqarıstanla matçı 65-ci dəqiqəyə qədər izlədim. Futbolçularımız istədiklərimizi meydanda yerinə yetirirdilər. U-21 komandamızın nəticəsi də bizi razı saldı".
Qeyd edək ki, millimiz növbəti matçını oktyabrın 10-da səfərdə Fransa yığmasına qarşı keçirəcək.
 
Baş Sponsor