az en
News / Hakimlərimizə növbəti təyinat

Hakimlərimizə növbəti təyinat

Təyinat Dərc olundu: 03.06.2024 Çap
FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.
Hakimlərimizə növbəti təyinat
O, qadınlar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 4-də keçiriləcək Gürcüstan – Kipr oyununu idarə edəcək. C liqasının I qrupunun matçında referiyə Sevda Nuriyeva və Gülnurə Əkbərzadə köməklik edəcəklər. Əli Əliyev isə qarşılaşmanın dördüncü hakimi olacaq.
Qeyd edək ki, Tbilisidəki “Mixeil Mesxi II” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Baş Sponsor