az en
News / Knyaz Əmiraslanova UEFA-dan təyinat

Knyaz Əmiraslanova UEFA-dan təyinat

Futzal Dərc olundu: 23.10.2025 Çap
FIFA referisi Knyaz Əmiraslanov təyinat alıb. O, futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin III qrupunun oyunlarında ədaləti qoruyacaq.
Knyaz Əmiraslanova UEFA-dan təyinat
Həmyerlimiz oktyabrın 29-da “Benfika” (Portuqaliya) – “Loznica-Grad 2018” (Serbiya) oyununda ikinci, həmin gün baş tutacaq “Riqa” (Latviya) - “Luxol St.Andreus” (Malta) görüşündə üçüncü hakim olacaq. K.Əmiraslanov oktyabrın 30-da keçiriləcək “Luxol St.Andreus” - “Loznica-Grad 2018” qarşılaşmasında isə birinci hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, bu qrupun oyunları Maltanın Qzira şəhərində keçiriləcək.
Baş Sponsor