az en
News / Kütləvi Futbol Həftəsinə yekun vurulub (fotolar)

Kütləvi Futbol Həftəsinə yekun vurulub (fotolar)

Kütləvilik Dərc olundu: 02.10.2023 Çap
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində Şamaxı şəhər stadionunda 10-12 yaşlı uşaqlar üçün futbol festivalı keçirilib. 100-dən çox uşağın qatıldığı festivalda iştirakçılar futbol oynayıb, əyləncəli vaxt keçirib. Festivalın sonunda iştirak edən hər bir uşağa UEFA tərəfindən göndərilən toplar hədiyyə olunub. Hədiyyələri uşaqlara Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, Şimal Regional Futbol Federasiyasının prezidenti Abdulla Məmmədov, Şamaxı Regional Futbol Məktəbinin koordinatoru, veteran futbolçu Vəli Qasımov və Kütləvi Futbol Departamentinin mütəxəssisi Orxan Mikayıllı birlikdə təqdim edib.
 
Kütləvi Futbol Həftəsinə yekun vurulub (fotolar)
Baş Sponsor 
Partnyorlar