az en
News / Yeniyetmə məhkumlarla tədbir keçirilib (fotolar)

Yeniyetmə məhkumlarla tədbir keçirilib (fotolar)

Kütləvilik Dərc olundu: 26.11.2025 Çap
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində Uşaq Hüquqları Aylığı çərçivəsində tədbir keçirilib.
Yeniyetmə məhkumlarla tədbir keçirilib (fotolar)
“Futbolda Uşaq Hüquqlarının Qorunması” layihəsi çərçivəsində təşkil olunan tədbirin əsas məqsədi yeniyetmə məhkumların hüquqi məlumatlılığını artırmaq, onlarda təhlükəsiz davranış modellərini gücləndirmək, eləcə də, futbol vasitəsilə onların sosial inteqrasiya, reabilitasiya və müsbət emosional inkişafına dəstək göstərməkdir.
Tədbirdə mütəxəssislər tərəfindən yeniyetmə məhkumlara mühazirələr oxunub, uşaq hüquqları, psixoloji və fiziki zorakılıq, ayrı-seçkiliyin qarşısının alınması, davranış kodeksinin məqsədi və prinsipləri, Ümumdünya Səhiyyə Təşkilatının təhlükəsiz və fiziki mühitlə bağlı tövsiyələri, futbol mühitində hüquqların qorunması, təhlükəsiz futbol mühitinin yaradılması, futbolda etik qaydalar barədə məlumatlar verilib, interaktiv müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
 
Baş Sponsor