az en
News / Əliyar Ağayev “Fiorentina”nın oyununda

Əliyar Ağayev “Fiorentina”nın oyununda

Hakimlər Dərc olundu: 18.08.2025 Çap
FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Ə.Ağayev UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Polissya” (Ukrayna) – “Fiorentina” (İtaliya) matçının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Almaniyalı Robert Şröderi VAR, digər referimiz İnqilab Məmmədov isə AVAR kimi fəaliyyət göstərəcək.
Qarşılaşma avqustun 21-də Slovakiyanın Preşov şəhərindəki “Tatran” stadionunda keçiriləcək.
Əliyar Ağayev “Fiorentina”nın oyununda
Baş Sponsor