az en
News / FIFA referilərimizin sayı artıb

FIFA referilərimizin sayı artıb

Hakimlər Dərc olundu: 19.12.2025 Çap
2026-cı ildə ölkəmizi beynəlxalq oyunlarda təmsil edəcək FIFA referilərinin siyahısı FIFA tərəfindən təsdiqlənib. Əvvəlki illərlə müqayisədə beynəlxalq arenada ölkəmizi təmsil edən baş hakimlərin siyahısına 1, köməkçi hakimlərin siyahısına 2, VAR hakimlərinin siyahısına 3 nəfər azərbaycanlı hakim əlavə olunub. Bu fakt Azərbaycan hakimliyinin inkişafının və görülən sistemli işlərin bariz göstəricisidir.
FIFA referilərimizin sayı artıb
FIFA tərəfindən təsdiqlənmiş 2026-cı il üçün referilərimizin siyahısı aşağıdakı kimidir:
 
Referilər:
Kişilər:
  1. Əliyar Ağayev
  2. Elçin Məsiyev
  3. Kamal Umudlu
  4. Tural Qurbanov (yeni)
 
Qadınlar:
  1. Fəridə Lütfəliyeva
 
Referi köməkçiləri:
  1. Zeynal Zeynalov
  2. Akif Əmirəli
  3. Elşad Abdullayev
  4. Pərvin Talıbov
  5. Namiq Hüseynov
  6. Vüsal Məmmədov
  7. Cəmil Quliyev (yeni)
  8. Asiman Əzizli (yeni)
 
Qadınlar:
  1. Gülnurə Əkbərzadə
  2. Sevda Nurıyeva
 
VAR hakimləri:
  1. Nicat İsmayıllı (yeni)
  2. İnqilab Məmmədov (yeni)
  3. Fərid Hacıyev (yeni)
 
Futzal üzrə referilər:
  1. Hikmət Qafarlı
  2. Knyaz Əmiraslanov
  3. Əli Cəbrayılov
 
Çimərlik futbolu üzrə referi:
  1. Nail Nağıyev
 
Yeni FIFA referilərinin siyahıya daxil edilməsi münasibətilə AFFA-nın baş katibi Cahangir Fərəcullayev referilərlə görüşərək onları təbrik edib, beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcəklərinə inamını ifadə edib və gələcək karyeralarında uğurlar arzulayıb.
Görüşdə, həmçinin AFFA baş katibinin müşaviri Frank de Bleker, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov və Hakimlər Departamentinin rəhbəri Bəhruz Teymurov iştirak ediblər. Görüş zamanı hakimliyin inkişaf perspektivləri, beynəlxalq təyinatların artırılması və referilərin peşəkar hazırlığı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Baş Sponsor