15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının Bakıda təşkil olunan təlim-məşq toplanışı başa çatıb.
Milli hazırlıq çərçivəsində yoxlama görüşü keçirib. Baş məşqçi Gülənbər Qasımovanın rəhbərlik etdiyi komanda 17 yaşadək qızlardan ibarət milli ilə qarşılaşıb. Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutan matç 3:3 hesabı ilə yekunlaşıb. U-15-in qollarını Tahirə Rəcəb, Məryəm Səmədli və Sara Səlimova vurublar. U-17-nin heyətində Aylin Kərimova biri onbirmetrlik zərbədən olmaqla iki dəfə, Yelizaveta Vaysman isə bir dəfə fərqlənib.