az en
News / Millimiz Fransaya yollandı (fotolar)

Millimiz Fransaya yollandı (fotolar)

A Milli Dərc olundu: 08.10.2025 Çap
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası oyunun keçiriləcəyi Paris şəhərinə yola düşüb. Millimizi səfərə aparan təyyarə saat 15:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanını tərk edib.
Millimiz Fransaya yollandı (fotolar)
Komandamız oktyabrın 9-da Bakı vaxtı ilə saat 22:00-da matçın baş tutacağı “Park de Prens” stadionunda son məşqinə çıxacaq.
Qeyd edək ki, oktyabrın 10-da keçiriləcək Fransa -  Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Baş Sponsor