Futzal üzrə Azərbaycan milli komandası VI İslam Həmrəyliyi Oyunlarında ilk oyununu keçirib.
A qrupunda yer alan millimiz Liviya yığması ilə qarşılaşıb. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan görüşdə komandamız 5:4 hesablı qələbə qazanıb. Millimizin heyətində Fərid Abbasov het-trikə, Mirzə Əmirov dubla imza atıb.
Qeyd edək ki, futzalçılarımız növbəti oyununu noyabrın 6-da Özbəkistan yığmasına qarşı keçirəcək.