az en
News / “Araz-Naxçıvan” ikinci oyununda heç-heçə edib

“Araz-Naxçıvan” ikinci oyununda heç-heçə edib

Futzal Dərc olundu: 30.10.2025 Çap
Azərbaycanın futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” əsas mərhələdə ikinci oyununa çıxıb. 7-ci qrupda yer alan ölkə çempionu Lüksemburqun “Differdanj” kollektivi ilə qarşılaşıb.
“Araz-Naxçıvan” ikinci oyununda heç-heçə edib
Qalati şəhərində yerləşən Dunarea İdman Sarayında keçirilən görüş 2:2 hesablı heç-heçə yekunlaşıb. Təmsilçimizin heyətində qolları 16-cı dəqiqədə Jean Perruzo və 39-cu dəqiqədə Luicci Lonqo vurublar.
Qeyd edək ki, “Araz-Naxçıvan” ilk oyununda “Yunayted Qalati” (Rumıniya) üzərində 2:1 hesablı qələbə qazanıb. Azərbaycan çempionu qrupda son matçını oktyabrın 31-də “Tiqers Roermond”a (Niderland) qarşı keçirəcək.
Baş Sponsor