FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb. K.Umudlu UEFA Gənclər Liqasının IV turu çərçivəsində keçiriləcək “Napoli” (İtaliya) – “Ayntraxt” (Almaniya) oyununun baş hakimi olacaq. Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.
Noyabrın 4-də Çerkola şəhərində yerləşən “Cüzeppe Pikkolo” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:30-da başlanacaq.